Bakıda Rusiya Milli Ehtiyatlar korporasiyasının nümayəndəliyinin açılış mərasimi keçiriləcək. Trend in xəbər verdiyi kimi, bu barədə fevralın 21-də Rusiya Milli Ehtiyatlar bankının rəhbəri Yuri Kudimov məlumat verib.
Onun sözlərinə görə, nümayəndəliyin açılış mərasimi fevralın 22-də Bakıda Azərbaycan-Rusiya biznes forumu çərçivəsində keçiriləcək.
Bankın rəhbəri onu da qeyd edib ki, Federal Ehtiyatlar Korporasiyası Azərbaycanla əməkdaşlıqda maraqlıdır.
Y.Kudimov məlumat verib ki, korporasiya nümayəndələrinin Azərbaycana səfərləri 2001-ci ildən başlasa da, indiki səfərdə hazır layihələr var.
"Biz Azərbaycan bazarını diqqətlə nəzərdən keçiririk və yerli tərəfdaşlarla əməklaşlıqda maraqlıyıq", - deyə o vurğulayıb. Y.Kudimov bildirib ki, korporasiya Bakının daşınmaz əmlak bazarında yerli sahibkarlarla birgə bir sıra layihələrdə iştirak etmək niyyətindədir.