...

Azərbaycanın Vergilər nazirliyi: "Əmanətçilər və biznes subyektləri tərəfindən Texnikabanka və Debütbanka inamın şübhə altına alınmasına heç bir əsas yoxdur"

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Fevral 2006 11:04 (UTC +04:00)

Trend-i buradan izləyin

Vergilər Nazirliyi yanında Vergi cinayətlərinin ibtidai araşdırılması Departamenti xəbər verir ki, Texnikabankda, Debütbankda və digər kommersiya banklarında aparılan yoxlamalar bu qurumların fəaliyyətinin araşdırılması məqsədi daşımır. Bu barədə Trend nazirliyin press-relizinə istinadən məlumat verir.

Bununla əlaqədar, həm əmanətçilər, həm də bu banklarla əməliyyat aparan ayrı-ayrı biznes subyektləri tərəfindən həmin qurumlara inamın şübhə altına alınmasına heç bir əsas yoxdur. Aparılan vergi yoxlamaları bank strukturlarının əməliyyatlarının deyil, ayrı-ayrı müştərilərin əməliyyatlarının araşdırılmasına yönəlib.

Press-relizdə o da deyilir ki, vergi dələduzluğu və vergidən yayınma hallarına qarşı mübarizənin gücləndirilməsi istiqamətində səmərəli tədbirlərin görülməsi Nazirliyin qarşısında duran mühüm vəzifələrdən biridir. Bəzi banklarda aparılan vergi yoxlamaları saxta hesab-fakturalardan istifadə edən ƏDV fırıldaqçılarının aşkara çıxarılması, onların büdcədən yayındırdığı vəsaitin məbləğinin müəyyən olunması və həmin işbazlara qarşı qanunla nəzərdə tutulmuş tədbirlərin görülməsinə xidmət edir.

Xəbər lenti

Xəbər lenti