...

Azərbaycan sənaye istehsalının artımına görə MDB-də birinci yeri tutur

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2006 16:23 (UTC +04:00)

Yanvar ayında ötən ilin bu ayı ilə müqayisədə MDB ölkələri arasında sənaye istehsalı üzrə nisbətən böyük artım (40%-dən çox) Azərbaycanda qeydə alınıb. Trend in verdiyi məlumata görə, bu barədə MDB-nin Dövlətlərarası Statistika Komitəsinin materiallarında bildirilir.

Daha sonra Belorus və Tacikistan gəlir. Rusiya 4,4% -lik göstərici ilə 4-cü yerdə Qazaxıstandan irəlidədir. Yanvar ayında sənaye istehsalının həcminin aşağı enməsi Qırğızıstanda, Ukraynada, Ermənistanda və Moldovada qeydə alınıb. Gürcüstan, Türkmənistan və Özbəkistan öz iqtisadiyyatlarının bu sektorunun inkişafı barədə məlumat təqdim etməyiblər. Bu barədə "Radio Svoboda" məlumat yayıb.

Xəbər lenti

Xəbər lenti