...

Deloitte & Touche "Xalq" bankının beynəlxalq inkişafa hazırlığını təsdiqləyib

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Mart 2006 19:13 (UTC +04:00)

Deloitte & Touche beynəlxalq auditor şirkəti "Xalq" səhmdar kommersiya bankında maliyyə hesabatlarının yoxlanışını başa çatdırıb. Trend in bankın press-relizinə istinadən verdiyi xəbərə görə, 2005-ci il dekabrın 31-dəki vəziyyətə görə yoxlanmanın yekunları üzrə bankın aktivləri 17,286 mln. AZN, kredit portfeli 8,267 mln. AZN təşkil edib.

Auditorların gəldikləri nəticələrə görə, il ərzində əməliyyatların nəticələri və pul vəsaitinin hərəkəti mühasibat hesabatlarının beynəlxalq standartlarına uyğun gəlir. Press-relizdə qeyd olunduğu kimi, bu hesabatın əldə olunması banka beynəlxalq fəaliyyətinin inkişafını aktivləşdirməyə imkan verir. "Xalq" bankı ötən ildən bəri beynəlxalq ödəniş sistemləri olan Iisa International və MasterCard -la danışıqlar aparır. Bir illik fəaliyyəti ərzində Almaniyanın Dresdner Bank-ı, Rusiyanın Impeksbank və Bank Integral-la müxbir hesabları bağlayıb. Açıq müxbir hesabları üzrə işlər American Express Bank (ABŞ) və Sberbank (Rusiya) ilə aparılıb.

2006-cı il yanvarın 1-nə olan vəziyyətə görə, "Xalq" bankının kapitalı 6,250 mln. AZN təşkil edir. Ötən ilin sonlarında bankın səhmdarları nizamnamə kapitalını 10 mln. AZN-ə qədər artırdıqlarını elan ediblər. Bankın İdarə Heyətinin sədri Asim Məmmədlinin Trend ə verdiyi məlumata görə, NK-nın artırılması 2004-cü ilin dekabrından, bankın təsis edildiyi andan səhmdarların tərkibinin 3-dən 7-ə qədər fiziki şəxsədək artırılması yolu ilə baş verib.

Xəbər lenti

Xəbər lenti