Azərbaycanın nümyaəndə heyəti Beynəlxalq Kənd Təsrrüfatı Tədqiqatları üzrə Məsləhət qrupunun (Consultative Group on International Agricultural Research (CGIAR) illik iclasında iştirak edəcək. Azərbaycanın Kənd Təsərrüfatı Nazirliyindən Trend ə verilən məlumata görə, iclasın işində kənd təsərrüfatı nazirinin müavini Bəhram Əliyev və nazirliyin elmi-aqrar mərkəzinin baş direktoru Əsəd Musayev iştirak edəcək.
İclas aprelin 3-də Daşkənddə öz işinə başlayır.