...

"Sumqayıt Sənaye İstehsal" SC investisiya müsabiqəsinə çıxarılıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Aprel 2006 16:32 (UTC +04:00)

Dövlət əmlakının idarə edilməsi üzrə Dövlət Komitəsi "Sumqayıt Sənaye İstehsal" SC-nin özəlləşdirilməsi üzrə investisiya müsabiqəsi elan edib. Trend in Dövlət Statistika Komitəsinin məlumatına istinadən xəbər verdiyi kimi, müsabiqə təklifləri mayın 24-də qiymətləndiriləcək. Bu müəssisə prezidentin "Tikinti kompleksinin özəlləşdirilməsi və inhisarsızlaşdırılması tədbirləri haqqında" 2 dekabr 1997-ci il tarixli sərəncamına müvafiq olaraq özəlləşdirilir.

Müsabiqədə iştirak etmək istəyənlər yüksək keyfiyyətli inşaat materialları, iş yerlərinin bərpası və yeni iş yerlərinin açılması, işçilərin sosial təminatının yaxşılaşdırılması, istehsal prosesinə müasir texnologiyaların tətbiqi, istehsal olunan məhsulun keyfiyyətinin beynəlxalq standartlara çatdırılması və çeşidinin genişləndirilməsi kimi məsələlərin həllini özündə əks etdirən investisiya proqramını təqdim etməlidir.

Sərmayəçilər, həmçinin, dövlət büdcəsinə ödəniləcək 3,75 mlrd manat və ya 750 min AZN vəsaitdən və Komitəyə təqdim olunacaq 30 min özəlləşdirmə payından az olmamaq şərtilə müvafiq təkliflər verməlidir. Müsabiqədə həm yerli, həm də xarici sərmayəçilər iştirak edə bilər. Burada üstünlük sənaye müəssisələrinin istismarı və inşaat materiallarının istehsalı üzrə qabaqcıl təcrübəyə malik olan, maksimum həcmdə investisiya təklif etmiş və onun səmərəli qoyuluşu üzrə öhdəlik götürmüş iddiaçılara veriləcək.

Xəbər lenti

Xəbər lenti