Vergilər Nazirliyinin Vergi Cinayətlərinin İlkin Araşdırılması Departamenti Vüqar-N" şirkətinin vergidən yayınması ilə əlaqədar büdcəyə vurulmuş ziyanın məbləğini müəyyən etmək üçün şirkətdə yoxlamaları davam etdirir. Trend in Nazirliyin məlumatına istinadən xəbər verdiyi kimi, şirkət vergi orqanlarına gəliri haqqında təhrif olunmuş məlumatlar təqdim edib. Tütün məmulatlarının qanunsuz satışı, nağd hesablaşma qaydalarının pozulması, bir çox işsçilərlə əmək müqaviləsinin bağlanmaması faktları aşkar olunub.
Yoxlamalar Vüqar-N" və "Daşkəsən" firmalarının 10 hektara yaxın olan ərazisində aparılıb, qara mühasibatlıq sənədləri götürülüb və aidiyyəti şəxslərin izahatları alınıb.