...

Gömrük xidmətinin təkmilləşdirilməsi üçün Azərbaycan DGK-ya kompüter avadanlığı təqdim olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 İyun 2006 16:05 (UTC +04:00)

Bu gün Dövlət Gömrük Komitəsində (DGK) DGK-nın BMT İnkişaf proqramı (UNDP) və Avropa komissiyası (AK) ilə birgə 210 min AZN məbləğində həyata keçirdiyi "Azərbaycanda gömrük xidmətinin təkmilləşdirilməsi" layihəsi çərçivəsində alınmış kompüter avadanlığının təslim edilmə mərasimi baş tutub.

Trend in xəbər verdiyi kimi, tədbirdə DGK sədri Aydın Əliyev çıxış edib. O qeyd edib ki, hazırda qaçaqmalçılıq sahəsindəki genişləndirilmiş məlumat bazasında hazırlıq gedir, kadr islahatları sahəsində işlər görülür.

DGK üçün texnika AK və UNDP vəsaitləri hesabına maliyyələşdirilən, 2006-cı ilin yanvar ayında başlanmış birgə illik layihə çərçivəsində alınıb.

900 min avro məbləğində olan layihənin başlıca məqsədi qanunvericilik bazasının təkmilləşdirilməsi, dünya standartlarına, xüsusilə də Avropa İttifaqının gömrük məcəlləsinə uyğunlaşmada DGK-ya yardım göstərilməsindən, DGK informasiya texnologiyalarının inkişaf strategiyasının təkmilləşdirilməsi və reallaşmasından ibarətdir.

Tədbirdə BMT-nin rezident- koordinasiyaçısı və UNDP-nin rezident nümayəndəsi Marko Borsotti, AB-ın xüsusi nümayəndəsi Alan Vaddams və b. iştirak ediblər.

İştirakçılar Komitədə yaradılmış gömrük muzeyinə baş çəkiblər. Burada texnikanın Azərbaycana təqdim olunması üzrə müqavilə imzalanıb. Sənədi M.Borsotti və A.Əliyev imzalayıb.

Xəbər lenti

Xəbər lenti