...

Azərdəmiryolbank regional sahibkarlığa dəstəyini genişləndirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 İyun 2006 17:58 (UTC +04:00)

Azərbaycan Respublikası prezidentinin fərmanı ilə təsdiqlənən Regionların sosial-iqtisadi inkişafı üzrə Dövlət Proqramının həyata keçirilməsinin dəstəklənməsi məqsədilə "Azərdəmiryolbank" ASC iyunun 16-da Şəkidə yerli sahibkarlar üçün forum keçirib. Trend in bankın press-relizinə istinadən verdiyi xəbərə görə, Şəhər İcra Hakimiyyətinin nümayəndələri, eləcə də Almaniya-Azərbaycan Fondunun prezidenti və menecerinin iştirakı ilə keçirilən görüşdə bank rəhbərliyi iş adamlarına bankın mikromaliyyələşdirilmə və kiçik və orta müəssisələrə kreditin verilməsi sahəsindəki siyasəti barədə məlumat verib.

Qeyd olunub ki, bu gün region sahibkarları "Azərdəmiryolbank"-ın Şəki filialından sadələşdirilmiş rejimdə kredit ala bilərlər. Bu məqsədlər üçün bank AYİB-in, Almaniya-Azərbaycan Fondunun kredit xətlərindən və öz resurslarından istifadə edir.

Bu forum bankın sahibkarlığın inkişafı məqsədilə ölkə regionlarında keçirmək istədiyi tədbirlərdən biridir. Bu gün bu, "Azərdəmiryolbank"-ın fəaliyyətinin prioritet istiqamətlərindən biridir. Qeyd edək ki, bankın kredit portfelinin 35%-i regional kreditləşmənin payına düşür.

Eyni zamanda "Azərdəmiryolbank" Azərbaycanın bank sistemində geniş filial şəbəkəsinə malik banklardan biridir. Ölkənin 28 rayonunda bankın 22 filial və şöbəsi fəaliyyət göstərir.

Xəbər lenti

Xəbər lenti