...

"Veteranlar haqqında" qanun layihəsinə əlavə və dəyişikliklər ediləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 12 İyul 2006 15:25 (UTC +04:00)

"Veteranlar haqqında" qanun layihəsinə əlavə və dəyişikliklər ediləcək. Bu barədə Trend ə Milli Məclisin sosial-siyasət məsələləri daimi komissiyasından bildiriblər.

Qeyd olunub ki, "Veteranlar haqqında" qanun layihəsinin yalnız 3 və 7-ci maddələrində dəyişikliklər edilib. 3-cü maddədə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı dövrdə hərbi hissəni və ya xidmət yerini özbaşına tərk etməyə, fərariliyə və ya digər cinayətlərə görə məhkum edilmiş və ya amnistiya aktına əsasən cinayət məsuliyyətindən azad edilmiş şəxslərə müharibə veteranı adının verilməməsi göstərilib.

7-ci maddədə isə müharibə veteranı və əmək veteranı adlarının verilməsi qaydalarının və şərtlərinin müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilməsi nəzərdə tutulub.

Qanun layihəsinin yenidən hazırlanması ilə bağlı ölkədə fəaliyyət göstərən veteran təşkilatlarına da müraciətlər edilib ki, təklif və rəylərini bildirsinlər.

Xəbər lenti

Xəbər lenti