...

Toyota mühərrikdəki qüsurlarla əlaqədar 280 mindən çox avtomobili geri çağırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 İyul 2006 16:26 (UTC +04:00)

Dünyanın ən iri avotomobil istehsalçılarından biri olan Yaponiyanın Toyota Motor Corp şirkəti mühərrikdə aşkar olunmuş qüsurlarla əlaqədar bu gün məşhur model Corolla və Iitz kompakt avtomobili də daxil olmaqla bazardan 268 min 750 ədəd avtomobili geri çağırması barədə elan edib.

Bu barədə (C) Associated Press bu gün Toyota şirkətinin Yaponiyanın Nəqliyyat Nazirliyinə göndərdiyi rəsmi xəbərdarlığa istinadən məlumat verir.

Xəbərdarlıqda deyilir ki, aşkar olunmuş qüsur yağın mühərrikdən axmasına və onun tam dayanmasına səbəb ola bilər.

Trend in RBK-ya istinadən xəbər verdiyi kimi, bu çağırışın satılmaq üçün Yaponiyadan xaricə göndərilmiş avtomobillərə aid edilib-edilməyəcəyi hələlik məlum deyil.

Xəbər lenti

Xəbər lenti