...

Çin Qazaxıstan, Azərbaycan və Gürcüstandan keçən konteyner qatarı marşrutunu dəstəkləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 İyul 2006 16:28 (UTC +04:00)

Çin Xalq Respublikasının Dəmir Yolu Nəqliyyatı Nazirliyi Poti-Bakı-Aktau-Alma-Ata marşrutu üzrə konteyner qatarı layihəsini dəstəkləyir. Trend in xüsusi müxbirinin verdiyi xəbərə görə, bu barədə Çinin nəqliyyat nazirinin müavini Xuan Min nazirlərin Astanadakı görüşündə bəyan edib.

"Mən düşünürəm ki, bu layihə yüklərimizi daha qısa yolla daşımağa imkan yaradacaq. Biz aşağıdakı işləri görməliyik: birinci növbədə, ərazisindən dəmir yolunun keçdiyi tərəflərin maraqlılığı, ikincisi, bu marşrut üzrə nəqliyyat müəssisələri ilə bu marşrutun yük daşınması üçün istifadəsi haqqında razılaşma əldə etmək lazımdır", - deyə o qeyd edib.

Onun sözlərinə görə, bu marşrut ərazi yerləşməsi nöqteyi-nəzərindən yüklərin cəlb edilməsi üçün əlverişlidir.

Xəbər lenti

Xəbər lenti