...

Spirtli içki və narkotik maddə qəbul edərək sükan arxasına əyləşən 702 sürücü məsuliyyətə cəlb olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 31 İyul 2006 18:13 (UTC +04:00)

İyulun 5-dən 31-dək Respublika Dövlət Yol Polisi tərəfindən "Yüksək sürət və sərxoş sürücü yol hərəkətində təhlükədir" devizi altında keçirilən təhlükəsizlik aylığı ərzində spirtli içki və narkotik maddə qəbul edərək sükan arxasında əyləşən 702 nəfər sürücü məsuliyyətə cəlb olunub. Bu barədə Trend ə Bakı şəhər Dövlət Yol Polis İdarəsinin ictimai qurumlarla iş üzrə şöbəsinin rəisi Vaqif Əsədov məlumat verib.

Qeyd olunan müddət ərzində avazlı və yüksək tonlu səs siqnallarından istifadə etmə ilə bağlı 305, pərdə və pylonkalardan istifadə ilə bağlı 5939, nəqliyyat vasitələrinin həddindən artıq sürətlə idarə olunması ilə bağlı 4557, polisin qanuni tələbinə əməl etməməklə bağlı 187 fakt aşkar edilib.

Xəbər lenti

Xəbər lenti