...

"Unibank"ın aktivləri 100 mln. AZN-dən artıq olub

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Avqust 2006 20:36 (UTC +04:00)

"UniBank" KB 2006-cı ilin 7 ayı üzrə maliyyə göstəricilərinə yekun vurub. Trend in bankın məlumatına istinadən verdiyi xəbərə görə, "UniBank"ın aparıcı maliyyə gösrəriciləri üzrə 2005-ci ilin analoji dövrü ilə müqayisədə əhəmiyyətli artım müşahidə olunub.

Sənəddə göstərilib ki, bankın aktivləri 2005-ci ilin iyul ayı ilə müqayiəsədə 91,57% artaraq 107,08 mln. AZN təşkil edib, bu isə 2006-cı ilin yanvarın 1-nə olan müvafiq göstəricidən 65,4% artıqdır.

Bankın kredit portfeli il ərzində 75,6 % artaraq, 65,1 mln. AZN təşkil edib, bu isə 2006-cı il yanvar ayının əvvəlinə olan göstəricidən 45,95% çoxdur.

2006-cı il avqustun 1-nə olan vəziyyətə görə, Bank tərəfindən cəlb olunan depozitlərin həcmi 70,75 mln. AZN təşkil edib. Həmin göstərici üzrə illik artım 127%, 2006-cı il ərzində isə artım 69,5% olub.

Yeddi ayın yekunlarına görə, bankın gəliri 9 mln. AZN təşkil edib, bu, ötən ilin həmin dövrünə nisbətən 65,85% artıqdır. Bankın balans gəliri 2005-ci ilin analoji dövrü ilə müqayisədə 113,7% artaraq, 2 449 min AZN təşkil edib.

Xəbər lenti

Xəbər lenti