...

Azərbaycan və Türkiyənin əmək nazirlikləri əməkdaşlığın genişləndirilməsi imkanlarını müzakirə edirlər

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 Sentyabr 2006 13:17 (UTC +04:00)

Bu gün Bakıda Azərbaycan və Türkiyə Əmək və Sosial Müdafiə nazirlikləri arasında əmək və sosial müdafiə sahəsində əməkdaşlıq üzrə birgə daimi komissiyanın III toplantısı öz işinə başlayıb. Azərbaycanın əmək və sosial müdafiə nazirinin müavini İlqar Rəhimovun Trend ə verdiyi xəbərə görə, görüşdə 2005-ci ildə Türkiyədə keçən görüş zamanı əldə olunmuş razılaşmaların yerinə yetirilməsi və əməkdaşlığın gələcək perspektivləri müzakirə edilir.

"Biz artıq yerinə yetirilmişlərin tam inventarlaşdırılmasını etmək qərarına gəlmişik, lakin çox şey- mütəxəssis, informasiya mübadiləsi, beynəlxalq forumlarda, konfranslarda, birgə beynəlxalq layihələrdə birgə iştirak, Beynəlxalq əmək təşkilatı kimi beynəlxalq təşkilatlarla birgə iş nəzərdə tutulmuşdu. İşlər çoxdur, lakin mən düşünürəm ki, daha çox iş görmək olar. Nazirliklərimiz arasında təmas nöqtəsi və əməkdaşlıq üçün çoxlu sayda böyük perspektivlər var. Həm də Türkiyənin və bizim nazirliyimizin öz səlahiyyət və funksiyalarına görə, məhz əmək, sosial müdafiə, mühacirət sahələrinə aid bütün məsələlər üzrə üst-üstə düşməsi çox yaxşıdır", - deyə nazir müavini bildirib.

Əməkdaşlığın yeni istiqamətləri arasında o, mexanizmin inkişafı sahəsində ünvanlı sosial yardımı, yeniyetmələrlə, evsiz uşaqlarla işlər, insan alveri üzrə məsələləri vurğulayıb.

Toplantı zamanı əmək və sosial müdafiə naziri Fizuli Ələkbərov təklif və tövsiyyələrlə çıxış edib.

"Biz güman edirik ki, mütəxəssislərimiz arasında gücləndirilmiş iş olacaq, çünki biz əmək qanunvericiliyinin inkişafı üçün səy göstərmək, əmək müfəttişliyi xidmətinin inkişafı sahəsində işləri gücləndirmək istəyirik, çünki Türkiyədə həmin müfəttişlik çox inkişaf edib. Onların təcrübəsini mənimsəyəcək və müxtəlif səviyyəli müfəttiş və mütəxəssislərimizi Əmək Müfəttişliyi xidmətinin fəaliyyət sahəsini öyrənmək üçün ora göndərəcəyik. Bundan başqa, Məşğulluq xidmətinin inkişafı sahəsində əməkdaşlıq və s. planlaşdırılır", - deyə İ.Rəhimov qeyd edib.

Onun sözlərinə görə, Türkiyədə təqaüd təminatı, sosial müavinət sistemi çox inkişaf edib, lakin onların necə təsis olunduğu və bu zaman yoxsulluq meyarları və digər meyarların tətbiq olunub-olunmadığını müəyyən etmək lazımdır.

Komissiyanın ilk toplantısı 2001-ci ildə keçirilib, ikinci toplantı isə 2005-ci ildə Türkiyədə baş tutub.

Xəbər lenti

Xəbər lenti