Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Ağcabədidə əmək yarmarkası keçirib. Nazirliyin Baş Məşğulluq İdarəsindən Trend ə verilən məlumata görə, nəticədə 75 nəfər işlə təmin olunub. Ümumilikdə, yarmarkada 103 vakant yerlə 20 müəssisə iştirak edib.
İdarədən məlumat verilib ki, indiyədək nazirlik ölkənin müxtəlif bölgələrində, o cümlədən Naxçıvan Muxtar Respublikasında 49 əmək yarmarkası keçirib. Yarmarkalarda 15439 iş yeri ilə 1441 müəssisə iştirak edib və nəticədə 3590 nəfər işə qəbul olunub, 210 nəfər ödənilən ictimai işlərə cəlb olunub, 174 nəfər hazırlıq kurslarına göndərilib.
Növbəti əmək yarmarkası sentyabrın 26-da Əlibayramlıda keçiriləcək.