...

Azərbaycanın Nəqliyyat Nazirliyi marşrut avtobuslarının pasportlaşdırılmasını həyata keçirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Oktyabr 2006 14:51 (UTC +04:00)

Azərbaycanın Nəqliyyat Nazirliyi marşrut avtobuslarının pasportlaşdırılması üzrə tədbirlərə hazırlaşır. Trend xəbər verir ki, bu barədə nəqliyyat nazirinin müavini Musa Pənahov iqtisadi inkişaf naziri Heydər Babayevin iştirakı ilə keçirilən birgə mətbuat konfransında bildirib. Bu tədbirlər çərçivəsində həmçinin marşrut xətlərinin yenidən tənzimlənməsi və sərnişin xidməti üzrə tələbləri pozanların cəzalandırılması nəzərdə tutulub.

M.Pənahov qeyd edib ki, Azərbaycanın Tarif şurasının qərarına əsasən marşrut avtobuslarında gedişə görə baza qiyməti (15 qəpik) müəyyənləşdirildikdən sonra təxminən 20 marşrutda biletin qiymətinin aşağı salınması təmin olunub. Həm də Azərbaycan Milli Bankın dediyinə görə, onlar metal pullarla kifayət qədər təmin olunub və qalığın qaytarılması ilə bağlı heç bir problem olmamalıdır. İqtisadi inkişaf nazirinin fikrincə, qiymətlərin bərabərləşdirilməsi əvvəllər gediş haqqının 20 qəpik olduğu marşrutlarda sərnişin axınının artmasına səbəb olub. Bu, öz növbəsində, rəqabət qabiliyyətini təmin etməyə və bu gün böyük problemlərin olduğu xidmət keyfiyyətinin artmasına imkan verəcək.

Nazir müavininin sözlərinə görə, bu günə qədər təxminən 49 sərnişin avtobusu marşrut xəttindən çıxarılıb, 12 fiziki şəxsə qarşı isə maliyyə sanksiyaları tətbiq olunub. "Aparılan tədqiqatlar göstərdi ki, əksər hallarda sərnişin marşrutlarının sürücüləri xidmət üzrə tələbləri pozurlar. Onların 20%-ə qədəri şəhər nəqliyyatını sürücülük vəsiqəsi olmadan idarə edir və ya vəsiqələrinin etibarlılıq müddəti keçmiş olur", - deyə M.Pənahov qeyd edib.

Xəbər lenti

Xəbər lenti