...

Bakıda I Polşa Milli sərgisində 50-yə qədər şirkət təmsil olunacaq

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2006 13:00 (UTC +04:00)

Noyabrın 8-10-da Bakıda keçiriləcək I Polşa Milli sərgisində 50-dək şirkət təmsil olunacaq. Bu barədə Trend ə Polşanın Azərbaycandakı səfirliyindən məlumat verilib.

Polşanın ən ciddi iş adamlarının sərgidə iştirak etməsi o deməkdir ki, sərgi Polşa-Azərbaycan ticarət əlaqələri tarixində Polşa iqtisadiyyatının ən böyük təqdimatı olacaq. Sərgi ilə eyni vaxtda iqtisadi forum keçiriləcək. Forumda qarşılıqlı əməkdaşlığın əsas problemləri müzakirə olunacaq.

Sərgidə Polşanın aviasiya, yüngül sənaye, kosmetika, əczaçılıq, tikinti və digər sahələrdə ən iri müəssisələri öz təkliflərini irəli sürəcək.

Sərginin təşkilatçısı sahibkarlıq fəaliyyəti göstərən Polşa subyektlərinin əksəriyyətini birləşdirən Polşa Təsərrüfat Palatasının Yardım Mərkəzidir.

Sərginin həmtəsisçisi isə Polşa Sənaye Nişanı Fondudur. Fond ölkənin ən yaxşı firmalarını təmsil edir. Sərgi Polşa Respublikasının Bakıdakı səfirliyinin dəstəyi ilə təşkil olunub.

Xəbər lenti

Xəbər lenti