...

Minsk traktor zavodu Azərbaycanda quraşdırma istehsalının yaradılması üzrə işə başlayır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 Oktyabr 2006 18:56 (UTC +04:00)

Minsk traktor zavodu (MTZ) Azərbaycanda quraşdırma istehsalının yaradılması üzrə işə başlayır. Trend Belta-ya istinadən xəbər verir ki, həmin razılıq Azərbaycan prezidenti İlham Əliyevin oktyabrın 18-də Minsk traktor zavodunda olduğu zaman əldə olunub.

"Minsk traktor zavodu" İB-nin baş direktoru Aleksandr Puxovoyun verdiyi məlumata görə, müəssisə "quraşdırma istehsalının yaradılması yolu ilə Azərbaycanda dərinləşdirilmiş inteqrasiya sxemləri üzrə istehsalı inkişaf etdirmək niyyətindədir". Həmin ölkədə 80-105 at gücünə malik traktorlara daha çox tələbat var. Azərbaycanda traktor bazarına böyük tələbat var. Birgə istehsalatın gəlirli olması üçün ilkin olaraq yığılmaq üçün oraya 500-dən minə qədər maşın hissəsinin tədarükü nəzərdə tutulub.

Hazırda MTZ Azərbaycana ildə təxminən 100 maşın tədarük edir. Bu bazarda Belorus müəssisəsi üçün xarici istehsalçılar tərəfindən ciddi rəqib yoxdur. "Müəssisəmiz gələcək birgə istehsalatın inkişafına nou-xau və injinirinq investisiya edir. Bu isə böyük əhəmiyyətə malikdir", - deyə MTZ-nin baş direktoru qeyd edib. Aleksandr Puxovoy həmçinin vurğulayıb ki, əgər Azərbaycanda BM yaradılarsa, o zaman bu, yüksək texnologiyalara əsaslanmış müasir Avropa istehsalatı olmalıdır.

Azərbaycan prezidenti İlham Əliyev MTZ-nin əsas konveyerini nəzərdən keçirərək, öz mütəxəssislərinə traktorların quraşdırma istesalatının yaradılması üçün meydançanı müəyyənləşdirmək barədə tapşırıq verib. O vurğulayıb ki, bu layihənin reallaşdırılmasına operativ şəkildə başlamaq lazımdır. İlham Əliyev yeni "Belarus" traktorları, həmçinin xüsusi texnika sərgisində olub.

Xəbər lenti

Xəbər lenti