...

Bank Respubilka Azərbaycanın özəl bankları arasında ən yüksək beynəlxalq reytinq alıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 13 Dekabr 2006 14:16 (UTC +04:00)

2006-cı il dekabrın 11-də Bank Respublika Moodys Investors Service beynəlxalq reytinq agentliyindən reytinq alıb. Bu barədə Trend bankın məlumatına istinadən xəbər verir.

Bank Respublika B2 səviyyəsində milli və xarici valyutada depozitlərin uzunmüddətli reytinqini, NP səviyyəsində milli və xarici valyutada depozitlərin qısamüddətli reytinqlərini alıb. Bütün reytinqlər "sabit" proqnoza malikdir.

Bank Respublika Azərbaycanın beynəlxalq reytinq almış ilk banklarından biridir. Alınmış reytinqlər Azərbaycanın özəl bank sektorunda ən yüksək reytinqlərdir.

Yuxarıda göstərilən reytinqlərin alınması bankın 14 illik fəaliyyətinin nəticəsidir. Bank Respublika-nın səhmdarları arasında böyük alman maliyyə institutlarının olması, onların bankın strateji idarəsində iştirakı və onların göstərdiyi texniki dəstək də həmçinin bankın reytinqinə müsbət təsir göstərib.

Moodys ölkə bölgələrində filial şəbəkələrinin genişləndirilməsi üzrə Bank Respublika-nın planlarını, eləcə də bankın kiçik və orta biznes sektoruna və istehlak kreditləşməsinə yönəlməsini müsbət qiymətləndirir, çünki bu sektorlar sabit artım üçün yaxşı imkanlar yaradır.

Moodys Investors Service 1914-cü ildə ABŞ-da yaradılıb və hazırda beynəlxalq reytinq agentlikləri arasında dünya liderlərindən biridir. Moodys Investors Service agentliyinin bütün dünyada 2400-dən çox əməkdaşı var və onların arasında 1000 analitik var. Moodys Investors Service agentliyinin reytinqləri və təhlilləri dünyada 100-dən çox dövləti və on minlərlə müxtəlif şirkət və maliyyə institutlarını əhatə edir.

Xəbər lenti

Xəbər lenti