...

Azərbaycanın Dövlət Gömrük Komitəsi MDB ilə ticarət əməliyyatlarının həcmini elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Dekabr 2006 14:23 (UTC +04:00)

2006-cı ilin yanvar-noyabrında MDB ölkələrindən Azərbaycana ümumi məbləği 1829845,3 min dollar olan mal gətirilib ki, bu ölkənin ümumi idxalının 39,58%-ni təşkil edir. Trendin Dövlət Gömrük Komitəsinə istinadən verdiyi xəbərə görə, Azərbaycandan MDB-yə göndərilən malların ümumi həcmi 818360,4 min dollar məbləğində olub ki, bu da ümumi ixracın 14,55%-dir. MDB ölkələri ilə idxal-ixrac əməliyyatlarında 1011484,9 dollar məbləğində mənfi saldo yaranıb.

MDB ölkələrinə əsasən yanacaq, neft məhsulları, kimyəvi maddələr, gəmilər, heyvan və bitki yağları ixrac olunub, MDB ölkələrindən Azərbaycana əsasən təhcizat, quru yollu nəqliyyat vasitələri, taxıl bitkiləri, elektrocihazlar, müxtəlif növ avadanlıqlar və s. idxal olunub. MDB ölkələrindən Azərbaycana mineral yanacaq, taxıl bitkiləri, avadanlıqlar, mexaniki qurğular, qara metal məmulatları və s. gətirilib.

Xəbər lenti

Xəbər lenti