...

Əmanətlərin sığortalanması haqqında qanun layihəsi müzakirə olunub

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 Dekabr 2006 20:38 (UTC +04:00)

Milli Məclisin iqtisadi-siyasət və aqrar-siyasət daimi komissiyalarının dekabrın 25-də keçirilən birgə iclasında "Əmanətlərin sığortalanması haqqında" qanun layihəsi müzakirə olunub. Trend in məlumatına görə, qanun lahiyəsi haqqında Milli Bankın icraçı direktoru Rüfət Aslanov məlumat verib.

O, qeyd edib ki, qanun layihəsi ilə bağlı millət vəkilləri tərəfindən verilən təkliflər nəzarə alınıb.

R.Aslanov bildirib ki, hazırda Azərbaycanda 4 mln. 600 min əmanətçi var: "Bu qanun 4 min manata gədər olan və ondan az əmanətlərin sığortasını nəzərdə tutur. Qanuna əsasən 4 min manata qədər əmanətlər sığortalanacaq. Bu 2008-ci ilə gədər belə olacaq. 2008-ci ildən sonra 4 min manatdan yuxarı olan əmanətlərin sığortalanması məsələsinə baxıla və məsələ müzakirə oluna bilər".

Millət vəkili Vahid Əhmədov isə bildirib ki, irəli sürülən təkliflərin böyük bir hissəsi nəzarə alınmayıb. Deputatlar Əli Məsimli, Azər Əmiraslanov və digərləri çıxış edərək qanun layihəsi haqqında öz rəylərini bildiriblər və bir sıra təkliflər irəli sürüblər.

Müzakirələrdən sonra qanun lahiyəsini Milli Məclisan plenar iclasında müzakirəyə çıxarılması tövsiyyə olunub.

Xəbər lenti

Xəbər lenti