...

Azərbaycan və Gürcüstan Qars-Axalkalaki-Tbilisi-Bakı dəmir yolunun tikintisi üzrə danışıqların başa çatmasını gözləyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Dekabr 2006 15:46 (UTC +04:00)

Gürcüstanın baş naziri Zurab Noqaidelinin dekabrın 25-də Bakıya səfəri zaman aparılan danışıqlar nəticəsində yanvarın 10-da Azərbaycan nümayəndə heyətinin Gürcüstana səfəri barədə razılıq əldə edilib və Qars-Axalkalaki-Tbilisi dəmir yolunun tikintisinə başlamaq barədə danışıqların başa çatdırılması gözlənilir.

Gürcüstan baş nazirinin mətbuat mərkəzindən Trend in müxbirinə bildiriblər ki, 2007-ci il üçün planlaşdırılan dəmir yolunun tikintisi məsələsi Zurab Noqaidelinin Azərbaycan tərəfi ilə danışıqlarının əsas mövzularından biri olub.

Dekabrın 25-də Bakıda həmçinin "Gürcüstan DY" MMC baş direktoru İrakli Ezuqbaya da olub.

İlkin hesablamalara görə, 160 kilometrlik dəmir yolunun tikintisi 400 milyon dollara başa gələcək.

Xəbər lenti

Xəbər lenti