Azərbaycanın iqtisadi İnkişaf nazirliyi 2007-2012-ci illər üçün nəzərdə tutulmuş xırda və orta sahibkarlığın inkişafı üzrə yeni dövlət proqramını işləyib hazırlayıb. Şənbə günü İqtisadi İnkişaf nazirliyinin sahibkarlığın inkişafı departamentinin rəhbəri Samir Nuriyevin Trend ə verdiyi xəbərə görə, yanvarın sonunadək dövlət proqramı layihəsini müvafiq dövlət və beynəlxalq təşkilatlara göndərmək planlaşdırılır.
Razılaşma müddəti təxminən bir ay vaxt aparacaq və fevralın sonunadək bütün təkliflər toplanacaq, daha sonra müzakirələrə biznes assosiasiyaları cəlb olunacaq.
Bunun əhəmiyyəti ondan ibarətdir ki, əvvəlki dövlət proqramı ilə müqayisədə (2002-2005-ci illər üçün) yenisi daha dolğundur. Nəticə etiabrilə o, departament üçün kiçik və orta sahibkarlıqla iş üzrə strategiya ola bilər.
S. Nuriyevin sözlərinə görə, sənəddə sahibkarlar üçün güzəştlər də nəzərdə tutulub.
"Əsasən onlar vergi güzəştləri istəyirlər, ona görə də preferensiya məsələsini Vergilər nazirliyi ilə müzakirə etmək lazımdır. Bundan başqa Avropa ölkələrinə nisbətən Azərbaycanda gəlirə qoyulan vergi çox aşağıdır, amma bununla belə, sahibkarlıq fəaliyyətinə yardım üçün biznes-çevrələr güzəştlərin zəruriliyini hiss edir" - deyə departamentin rəhbəri qeyd edib.
Dövlət proqramının hazırlanmasında əsas kimi Doing Bussiness ümumdünya bankının hesabatı götürülüb. Azərbaycanın reytinqinin yüksəlməsi üçün hesabatda öz əksini tapmış, ölkədə XOS inkişafına mane olan prorblemlərin həlli məqamları dövlət proqramına salınıb.
S.Nuriyevin sözlərinə görə, sənəddə XOS sahəsində qanunverici bazanın yaxşılaşdırılmasından tutmuş, qeyri-malliyyə yardımı göstərilməsinə, maliyyə rıçaqlarının aşkarlanmasına, biznes infrastrukturlarının yaradılmasına, buraxılan məhsulun keyfiyyət standartlarının qaldırılmasına, ixrac rıçaqlarının tətbiq olunmasına kimi bütün məsələlərə toxunulub. Bununla yanaşı, S. Nuriyev hesab edir ki, artıq Azərbaycanda xırda və orta biznes anlayışlarını avropalaşdırmaq zamanı gəlib, belə ki, əvvəlki şərtlərlə orta biznes ölkədə iri hesab olunurdu.