...

Xarici aviadaşıyıcılar Azərbaycanda enerji daşıyıcılarının tarifinin yüksəlməsindən sonra xidmətlərin qiymətlərini dəyişməyiblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 9 Yanvar 2007 15:41 (UTC +04:00)

Azərbaycanda beynəlxalq aviadaşınmalarla məşğul olan xarici şirkətlərin ölkənin daxili bazarında bu yaxınlarda enerji daşıyıcılarının tarifinin yüksəlməsindən sonra öz xidmətlərin qiymətlərinin artırılması üzrə heç bir planı yoxdur.

Çərşənbə axşamı British Mediterranean Airways və "Aeroflot"dan Trend ə verilən xəbərə görə, aviabiletlərin qiyməti avtomobil benzini və dizel yanacağının tariflərinin yüksəlməsindən sonra dəyişməyib.

Yük daşınması ilə məşğul olan Cargo Lux şirkətində də qiymətlər dəyişməyib.

"Benzinin qiymətinin artması yük aviadaşınmalarının qiymətlərinə təsir göstərməyib", - deyə Cargo Lux şirkətindən bildirilib.

Həmçinin Austrian Airlines və Turkish Airlines şirkətlərində aviabiletlərin də qiymətləri əvvəlki kimi qalıb.

Təyyarələr üçün yanacağın alınmasına gəlincə, Cargo Lux və Turkish Airlines şirkətlərindən Trend ə məlumat verilib ki, onlar Azərbaycanda yanacağı dünya qiymətləri ilə deyil, Azərbaycan qiymətləri ilə alırlar.

Ötən həftənin sonunda Azərbaycanın Tarif (qiymət) Şurası enerji daşıyıcıları üçün yeni tariflərin tətbiq edilməsi haqqında qərar qəbul edib. Şuranın qərarı ilə A-95 markalı avtomobil benzininin qiyməti - 0,6 manat, A-92 və A-80 markalı benzinin qiyməti - 0,55 manata, dizel yanacağının qiyməti isə - 0,45 manata qədər artıb.

Xəbər lenti

Xəbər lenti