...

Azərbaycanın Hesablama palatası Xəzərin bioresursları auditinin protokolu çərçivəsində auditin yekunlarını müzakirə edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 11 Yanvar 2007 15:15 (UTC +04:00)

Azərbaycanın Hesablama Palatası (AHP) maliyyə nəzarətinin üç dövlət orqanı - AHP, Rusiyanın Hesablama palatası və Qazaxıstanın respublika büdcəsi üzərində nəzarəti üzrə Hesablama komitəsi arasında imzalanmış Xəzərin bioresursları auditi üzrə protokol çərçivəsində auditi başa çatdırıb. Bu barədə Trend ə cümə axşamı AHP-dən məlumat verilib.

Auditin predmeti Xəzərin bioloji su ehtiyatlarından və nərə balığının mühafizəsi və rasional istifadəsinə yönəldilmiş vəsaitlərdən səmərəli istifadədir.

AHP Əlibayramlı və Neftçalada balıq yetişdirmə müəssisələrində auditin daxil olduğu işlərdə öz üzərinə düşəni yerinə yetirib.

"Auditin yekunları gələn həftə palatanın kollegiyasında müzakirə olunacaq. Nəticələr təsdiq olunduqdan sonra, onlar baxılmaq üçün əks tərəfə təqdim olunacaq", - deyə dövlət qurumundan bildirilib.

Xəbər lenti

Xəbər lenti