...

Tbilisidə Qars-Axalkalaki-Tbilsi-Bakı dəmir yolunun tikintisi layihəsi üzrə razılıq paraflanıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 15 Yanvar 2007 10:40 (UTC +04:00)

Yanvarın 13-də Tbilisidə Azərbaycan, ,ürcüstan və Türkiyə Qars-Axalkalaki-Tbilsi-Bakı dəmir yolunun tikintisi layihəsi üzrə razılıq paraflayıb. Azərbaycanın Gürüctandakı səfri Namiq Əliyev Trend ə bildirib ki, tərəflər Qars-Axalkalaki-Tbilsi-Bakı dəmir yolu layihəsinin realizəsi ilə bağlı ümumi qərara gəliblər.

Sənəd bundan sonra hər üç hökumətin baxışına və təsdiqinə təqdim ediləcək. Gözlənilir ki, yanvarın 17-də Gürcüstan hökuməti növbəti iclasında razılaşmanı imzalanmaq üçünn qəbul edəcək.

Azərbaycan 200 milyon həcmində öz payını maliyyələşdirməyə və Gürcüstana tikinti üçün vəsait təqdim etməyə hazır olduğnu bildirib. Qars-Axalkalaki-Bakı dəmir yolu layihəsinin realizəsi ilə bağlı 2006-cı il oktyabrın 13-də üçtərəfli işçi qrupun Bakıda keçirilən iclasında dəmir yolunun tikintisi üçün Gürcüstan tərəfinin sahə ayırması və Azərbaycan, Türkiyə və Gürcüstan arasında kredit razılaşması barədə məsələlər müzakirə edilib.

Layihə 422 milyon dollar dəyərində qiymətləndirilir, yaxın infrastrukturlar nəzərə alınmaqla 600 milyon dollar həcmində dəyərləndirilir.

Xəbər lenti

Xəbər lenti