...

AMB və AYİB-in Bakı ofisinin başçıları 2008-11-ci illərdə Azərbaycanla əməkdaşlığın prioritet istiqamətlərini nəzərdən keçiriblər

Biznes və iqtisadiyyat xəbərləri Materials 22 Yanvar 2007 16:52 (UTC +04:00)

Azərbaycan Milli Bankında AMB idarə heyətinin sədri Elman Rüstəmovun Avropa Yenidənqurma və İnkişaf Bankının Bakı nümayəndəliyinin yeni başçısı Aygen Yayıkoğlu ilə görüşü keçirilib.

Trend Milli Bankın məlumatına istinadən xəbər verir ki, görüşdə AYİB ilə əməkdaşlığın cari vəziyyəti, bank sektorunda həyata keçirilən layihələr və 2008-2010-cu illərdə ölkə üçün yeni strategiyanın prioritet istiqamətləri nəzərdən keçirilib.

AMB və AYİB-in Bakı ofisinin başçıları həmçinin bölgələrdə maliyyə xidmətlərinə çıxış imkanlarının artırılması (o cümlədən, kənd təsərrüfatında maliyyə xidmətləri), kiçik və orta sahibkarlığın inkişafı istiqamətində əməkdaşlıq məsələlərini müzakirə ediblər.

Xəbər lenti

Xəbər lenti