...

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2007-ci ildə miqrantların əmək fəaliyyətlərinin qanuniləşdirilməsi üzrə fəaliyyətini qüvvətləndirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 26 Yanvar 2007 18:13 (UTC +04:00)

Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi 2007-ci il üçün miqrasiya fəaliyyəti istiqamətində planını açıqlayıb.

Nazirliyin miqrasiya idərəsinin sədri Rauf Tağıyevin cümə günü Trend ə verdiyi məlumata əsasən onların missiyasının miqrantların əmək fəaliyyətlərini maksimal dərəcədə qanuniləşdirməkdən ibarət olduğunu bildirib. Müsbət nəticə əldə etmək üçün bir neçə istiqamətdə fəaliyyəti gücləndirmək lazımdır: əmək və miqrasiya qanunvericiliyinə təklif və düzəlişlərin hazırlanması, həmçinin onların həyata keçirilməsi üçüq mexanizmin yaxşılaşdırılması. Bunun üçün həmçinin ölkədə olan digər qurumlarla fəaliyyəti koordinasiya etmək tələb olunur.

Hazırda Azərbaycanda əmək fəaliyyəti ilə məşğul olmağa icazə alan xarici vətəndaşların sayı 1315 nəfərdir. Onlar əsasən neft sənaye sahələrində çalışırlar. Onların əksəriyyəti Türkiyə, Hindistan, Böyük Britaniya və b. dövlətlərin vətəndaşlarıdır. R. Tağıyev hesab edir ki, "Biz qanunvericiliyə onların hamısının fəaliyyətini qanuni əsaslara cəlb etmək üçün dəyişiklik etmək niyyətindəyik. Bunun üçün işəgötürənlər arasında maarifləndirmə işləri aparacağıq. Əmək və miqrasiya qanunvericiliyinə dəyişiklər edilməsi ilə bağlı hökumətə təqdim etmişik İşəgötürənlər yalnız əmək fəaliyyətinə icazəsi olanlarla əmək müqavilələri imzalamalıdırlar". Belə tədbirlər ölkədə olan miqrantların sayını öyrənməyə yönəlməyib. Bu yalnız onların azadlıq və sosial hüquqlarının müdafiəsi üçün lazımdır.

Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin məlumatına əsasən, Azərbaycan ərazisində 27 min xarici vətəndaş müvəqqəti yaşayanlar kimi qeydə alınıb. Lakin onların arasında icazəyə ehtiyacı olmayan beynəlxalq müqavilələr əsasında işləyənlər, diplomatik nümayəndələrdə və beynəlxalq təşkilatlarda çalışanlar da var. Onların arasında həmçinin əmək fəaliyyətini başa vuranlar da var. Bununla yanaşı miqrasiya idarəsinin sədri Azərbaycanda olan xarici vətəndaşların real sayının 27 mindən artıq olduğuna əmindir.Dünya təcrübəsinə əsasən müvəqqəti qeydiyyatda olanların 70%-i işləyir, 27 minə həmçinin işləyənlərin ailə üzvləri də daxildir.

Hazırda 25 iyul 2006-cı il tarixində təsdiq olunmuş miqrasiya haqqında dövlət proqramı (2006-08-ci illər) qüvvədədir.

Xəbər lenti

Xəbər lenti