...

ARDNF 2006-cı ildə xüsusi hesabdan Azərbaycan dövlət büdcəsinin ehtiyacları üçün Maliyyə nazirliyinə valyuta gəlirlərinin yarısını qaytarıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2007 17:18 (UTC +04:00)

Azərbaycan Dövlət Neft Fondu və Maliyyə nazirliyi arasında 2006-cı ilin 11 avqustunda imzalanmış müqavilə əsasında bu gün fondun xüsusi hesabında büdcənin valyuta gəlirləri üzrə qalıqlar 460 mln dollar təşkil edir.

Neft Fondunun icraçı direktoru Şahmar Mövsümovun Trend ə verdiyi xəbərə görə, il ərzində bu həcm dəyişir və bəzən onlar 850 mln. dolları ötür. Təhvil prosesi dövlət büdcəsinin tələbatı ölçüsündə aparılır və indiyə dək 400 mln. dollardan yuxarı vəsait qaytarılıb.

2007-ci ildə maliyyə nazirliyi büdcənin valyuta gəlirlərini neft fondu idarəsinə təhvil verilməsini davam etdirəcək. Bu vəsaitlər həmçinin xarici valyutaya qayıdacaq, baxmayaraq ki, əvvəllər neft fondu ilə büdcə vəsaitlərinin konvertasiyası imkanları nəzərdən keçirilirdi. Lakin hökümət indiki mexanizmlə razılaşmayıb, indii maliyyə nazirliyi valyuta bazarında konvertasiyaneı özü həyata keçirir.

Bu vəsaitlər maliyyə nazirliyinin qrafikinin təsdiqlənməsindən asılı olaraq idarə olunur və yüksəkreytinqli banklarda və yüksək likvidli fondlarda yerləşdirilir. Bu gün bu vəsaitlərlə idarədən olan gəlirlərin səviyyəsi 5%-i ötür.

Xəbər lenti

Xəbər lenti