...

ADNF Oxford Economic-lə birgə Azərbaycanın uzunmüddətli iqtisadi modelini hazırlayıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 30 Yanvar 2007 20:27 (UTC +04:00)

Trend in məlumatına əsasən, Azərbaycan Dövlət Neft Fondu Azərbaycanın uzunmüddətli iqtisadi modelinin işlənib hazırlanmasını başa çatdırıb. ADNF-nun icraçı direktoru Şahmar Mövsümlvun bu gün mətbuat konfransında bildirdiyinə görə, dövlətin iqtisadi modelinin hazırlanmasında Neft Fonduna beynəlxalq səviyyədə tanınan Londonda yerləşən və iqtisadi modelləşdirmə üzrə ixtisaslaşdırılmış Oxford Economic şirkəti kömək edib.

Onun sözlərinə görə, modeldə dövlətin son 6-7 il müddətində fəaliyyətinin iqtisadi nəticələri istifadə olunub.

Bu model bir sıra dövlət müəssisələrinə - İqtisadi İnkişaf Nazirliyi, Maliyyə Nazirliyiynə, Milli Banka istifadə üçün təqdim olunub. ADNF-nun rəhbəri qeyd edib ki, müvafiq istiqamətdə təlimat üçün bu yaxınlarda BP ilə memorandum imzalanıb.

Bu cür modelləşdirmə neft gəlirlərinin istifadəsinin strategiyasına müsbət təsir edəcək. Belə ki, müxtəlif modellərə malik olaraq vəsaitlərin istiqamətlərinin müəyyən edilməsi üzrə müxtəlif ssenarilər yaratmaq olar.

Xəbər lenti

Xəbər lenti