Konfederasiyanın cümə axşamı yaydığı məlumata istinadən Trend xəbər verir ki, Azərbaycan Sahibkarlar Konfederasiyası fevralın 13-16-da İranda keçiriləcək İkinci Beynəlxalq Sənaye və Ticarət Sərgisində 30 yerli biznesmendən ibarət heyətlə iştirak edəcək.
Sərgidə 47 ölkədən olan istehsalçılar, eləcə də müxtəlif xarici şirkət nümayəndələri iştirak edəcək.
Sərgidə həmçinin biznesmenlər arasında ikitərəfli görüşlər keçiriləcək.
Konfederasiyadan bildiriblər: "Xarici biznesmenlərin irnvestisiyalarının cəlb edilməsinin ən səmərəli yolu - müxtəlif sərgilərin təkişili və keçirilməsidir".