...

Dövlət Baytarlıq Xidməti monitorinqin nəticələrinə əsasən Azərbaycanda "quş qripi"nin olmadığını elan edib

Biznes və iqtisadiyyat xəbərləri Materials 10 Fevral 2007 14:54 (UTC +04:00)

2007-ci ildəki ikinci monitorinq Azərbaycanda "quş qripi"nin olmadığını aşkar edib. Trend ə əsasən bu barədə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi yanında Dövlət Baytarlıq Xidmətinin məlumatında bildirilib.

Dövlət Xidmətinin, ekologiya və təbii sərvətlər, səhiyyə nazirlikləri, ovçular cəmiyyətinin mütəxəssisləri tərəfindən aparılan monitorinq fevralın 10-da başa çatıb. Monitorinqdə vəhşi quşların patoloji materialları, qan nümunələri, ev quşlarının patoloji nümunələri və quşçuluq müəssisələrinin quşlarından qan nümunələri götürülüb.

"Analizlərin heç biri "quş qripi"ni aşkar etməyib", deyə dövlət xidmətindən bildirilib.

Növbəti monitoriq fevralın 12-də başlanacaq.

Xəbər lenti

Xəbər lenti