...

Bakıda yol hərəkətinin təşkili dəyişdiriləcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 16 Fevral 2007 12:49 (UTC +04:00)

Yeni körpülərin tikintisi başa çatdıqdan sonra Bakıda körpülərə yaxın yollarda yol hərəktinin təşkili dəyişdiriləcək. Bu barədə Trend ə Dövlət Baş Yol Polisi İdarəsinin yol müfəttişliyi və yol hərəkətinin təşkili şöbəsinin rəisi Rafiq Qasımov bildirib.

DYPİ-də yolların yeni təşkili planı artıq müzakirə edilir, bunun məsrəflərini paytaxtda yeni körpülərin tikintisi ilə müşğul olan tikinti şirkətləri öz üzərinə götürəcək.

Əsas dəyişiklik Tbilisi prospektində "20 yanvar" ərazisindəki yol hərəktində olacaq.

Xəbər lenti

Xəbər lenti