...

Azəriqazbank nizamnamə kapitalını artırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 28 Fevral 2007 17:29 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend müxbir İ.Xəlilova / Qiymətli kağızlar üzrə dövlət komitəsi Azəriqazbank ASC-nin sadə adlı sənədsiz səhm emissiyasının prospektini qeydiyyata alıb. Bakı fond birjasının məlumatında qeyd olunduğu kimi, emissiyanın həcmi 1000000 manat təşkil edir. bir səhmin nominal qiyməti iki manat həcmində təsbit olunub.

Emissiya prospektinə əsasən, yerləşdirmə Bakı fond birjasında açıq iltizam üsulu ilə həyata keçiriləcək. Səhmlərin yerləşdirilməsinin anderrayteri rolunda Azəriqazbank çıxış edəcək.

Emissiyaların yerləşdirilməsi nəticəsində nizamnamə kapitalı 10 mln. manata qədər artacaq.

8 sentyabr 2006-cı il tarixində imzalanmış müqaviləyə əsasən hazırda Azəriqazbankın kapitalında səhm paketinin 17,5%-i Beynəlxalq maliyyə korporasiyasına məxsusdur. Bütövlükdə, Azəriqazbankın səhmdarlarının 94%-i fiziki şəxslərdir.

Xəbər lenti

Xəbər lenti