...

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının yeni tərkibi təsdiq olundu

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 Mart 2007 15:48 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Azərbaycan prezidentinin sərəncamı ilə İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə hökumətlərarası komissiyasının yeni tərkibi təsdiq olunub. Sənədə əsasən, komissiyaya baş nazirin birinci müavini Abid Şərifov rəhbərlik edəcək.

Komissiyanın tərkibinə müdafiə sənayesi, sənaye və energetika, nəqliyyat, kənd təsərrüfatı, mədəniyyət və turizm, rabitə və informasiya texnologiyaları, gənclər və idman nazirləri, Naxçıvan MR-in baş naziri, Milli Bankın İdarə Heyətinin sədri, maliyyə, iqtisadi inkişaf, xarici işlər, vergilər nazirlərinin müavinləri, Gömrük Komitəsinin, Xaricdə yaşayan azərbaycanlılarla iş üzrə Dövlət Komitəsinin sədrləri, Ticarət-Sənaye Palatasının prezidenti, Azərbayacanın Türkiyədəki səfiri və Nazirlər Kabineti Aparatının xarici iqtisadi məsələlər şöbəsinin müdiri daxildir.

İqtisadi əməkdaşlıq üzrə Azərbaycan-Türkiyə hökumətlərarası komissiyası 1996-cı ildə yaradılıb. Komissiyanın tərkibində edilən dəyişikliklər barədə Türkiyə tərəfini xəbərdar etmək üçün xarici işlər nazirliyinə göstəriş verilib.

Xəbər lenti

Xəbər lenti