...

Bakıda Azərbaycan-Dubay biznes-forumunun keçirilməsi planlaşdırılır

Biznes və iqtisadiyyat xəbərləri Materials 6 Aprel 2007 20:50 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend / Birləşmiş Ərəb Əmirlikləri Azərbaycanla iqtisadi və ticari əlaqələrdə maraqlıdır. Bu barədə aprelin 3-də Dubayda Azərbaycanın investisiya mühiti və biznes imkanlarına həsr olunmuş seminarda Dubay Ticarət və Sənaye Palatasının baş direktoru Hamad Buamim bildirib. O, ölkəmizlə ticarət dövriyyəsinin sürətlə artımından məmnun olduğunu, mədəni və coğrafi yaxınlığın iqtisadi əməkdaşlığın daha da genişləndirilməsinə zəmin yaratdığını vurğulayıb. Bu barədə İqtisadi Inkişaf Nazirliyinin məlumatında göstərilib.

AZPROMO-nun Müşahidə Şurasının sədri Ç.Əsədullayev İqtisadi İnkişaf Nazirliyinin və AZPROMO-nun Bakıda birgə biznes-forumun təşkilində maraqlı olduğunu, bu məqsədlə cənab Buamimin başçılığı ilə biznes nümayəndə heyətini ölkəmizə dəvət edib.

Seminar çərçivəsində biznes nümayəndələrinin təkbətək görüşləri də keçirilib, əməkdaşlığın perspektivləri müzakirə olunub. Seminar Azərbaycan Respublikasının Birləşmiş Ərəb Əmirliklərindəki səfirliyinin təşəbbüsü, İqtisadi İnkişaf Nazirliyinin və Azərbaycan İnvestisiyaların Təşviqi və İxracı Fondunun (AZPROMO) dəstəyi ilə keçirilib.

Xəbər lenti

Xəbər lenti