...

Latviya Bakıda qolf-klub açmaq istəyir

Biznes və iqtisadiyyat xəbərləri Materials 17 Aprel 2007 15:35 (UTC +04:00)
Latviya Bakıda qolf-klub açmaq istəyir

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Latviyanın ən iri idman şirkətlərindən biri Bakıda dəyəri 35 milyon avroya bərabər olan qolf-klub açacaq. Bu barədə bu gün Bakıda Latviyanın Ticarət Palatasının baş direktoru Canis Leja məlumat verib. "Qolf - korporativ oyundur. Bu oyun ikitərəfli əlaqələrin qeyri-rəsmi şəraitdə inkişafına təsir göstərəcək" - deyə o bildirib.

Lejanın sözlərinə görə, qolf-klubun inşa ediləcəyi yer və tikinti işlərinin müddəti hələlik müəyyənləşdirilməyib.

Qeyd edək ki, bu gün Bakıda Azərbaycan-Latviya biznes-forumu keçirilir. Bu forumda xidmət, ticarət, nəqliyyat, yeyinti sənayesi və bank sektorunda təmsil olunan şirkətlər iştirak edir.

Lej həmçinin bildirib ki, Latviya tərəfi Azərbaycanın iqtisadi inkişaf naziri Heydər Babayevi Riqaya səfərə dəvət edib.

Xəbər lenti

Xəbər lenti