...

Azərbaycanda tikinti işlərinin həcmi artır

Biznes və iqtisadiyyat xəbərləri Materials 18 Aprel 2007 15:12 (UTC +04:00)
Azərbaycanda tikinti işlərinin həcmi artır

Azərbaycan,Bakı/müxbir Trend S.Babayeva/Yanvar-fevral aylarında Azərbaycanda 462,3 mln. manat məbləğində tikinti işləri həyata keçirilib. Bu göstərici 2006-cı ilin analoji dövrünün göstəricisindən 47,1 faiz çoxdur. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Tikinti sahəsində göstərilmiş xidmətlərin ümumi həcmində dövlət müəssisələrinin payı 136,9 mln. manat, özəl müəssisələrin payı isə 325,4 mln. manat təşkil edib.

Tikinti işlərinin ümumi həcmindən 79,7 faizi və ya 368,3 mln. manat yeni tikililər, bərpa və genişləndirmə, 12,2 faiz və ya 56,5 mln. manat kapital təmir, 4 faiz və ya 18,5 mln. manat cari təmir, 4,1 faiz və ya 19 mln. manat digər tikinti işlərinin payına düşüb.

Yanvar-fevral aylarında tikinti sahəsində işləyən işçilərin orta aylıq nominal əmək haqqı 366,2 manat təşkil edib. Bu da 2006-cı ilin eyni göstəricisindən 18,5 faiz çoxdur.

Xəbər lenti

Xəbər lenti