...

Beynəlxalq Sığorta Nəzarətləri Assosiasiyası Azərbaycanın Maliyyə Nazirliyi əməkdaşları üçün seminarlar təşkil edəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 Aprel 2007 14:57 (UTC +04:00)

Azərbaycan, Bakı / " / Kanadanın "Lawrie Savage Associates Inc." şirkəti Maliyyə Nazirliyinin sığorta nəzarəti şöbəsinin əməkdaşları üçün kurslar təşkil edib. Bu kursların məqsədi sığorta nəzarətinin yeni prinsiplərinin detallı öyrənilməsi və "Sığorta haqqında" yeni qanunun qəbulundan sonra nəzarət işinin təkmilləşdirilməsidir. Bu barədə nazirlikdən verilən məlumatda bildirilir.

"Lawrie Savage

Kurslar 14 gün ərzində Maliyyə Nazirliyinin təşəbbüsü ilə keçirilib. Kurslarda sığorta sahəsindəki əsas beynəlxalq standartlar, müasir sığorta nəzarəti sistemləri, orqanların səlahiyyətləri, sığorta əməliyyatları, lisenziyalaşma, investisiya fəaliyyəti və digər məsələlər nəzərdən keçirilib.

Sığorta sahəsindəki beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə bir sıra tədbirlərin keçirilməsi planlaşdırılır. 2007-ci ilin iyununda Beynəlxalq Sığorta Fondu sığorta nəzarəti əməkdaşları üçün illik aktuar proqram keçirəcək. Məqsəd sığorta aktuarları hazırlamaqdır.Azərbaycanın 2006-cı ildən üzv olduğu Beynəlxalq Sığorta Nəzarətləri Assosiasiyası da üç əsas prinsip üzrə iki həftəlik seminar təşkil edəcək.

"Lawrie Savage

Xəbər lenti

Xəbər lenti