...

Azərbaycanın kart bazarına üçüncü ödəmə sistemi daxil olur

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 Aprel 2007 19:34 (UTC +04:00)
Azərbaycanın kart bazarına üçüncü ödəmə sistemi daxil olur

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova/ Beynəlxalq ödəmə sistemi American Express may ayında bütün Azərbaycan üzrə onun agenti qismində seçiləcək bankı elan edəcək. Bu barədə bazar ertəsi "Azərikard" prosessinq mərkəzindən bildirilib. Hazırda Amerikan Express 3 bankın - Azərbaycan Beynəlxalq Bankı, Azəriqazbank və Standart Bankın iştirak etdiyi tender keçirir.

American Express nümayəndəklləri 2007-ci ilin fevralında Bakıya son səfərləri çərçivəsində bu banklarla görüş keçiriblər.

Bu ödəmə sistemi kartlarının Azərbaycanda tətbiqi ən azı yarım il vaxt aparacaq və hazırda istifadədə olan və bunların da qəbulu üçün yenidən təchiz olunmuş bankomatlardan istifadə olunacaq.

American Express kartlarının bütün dünyada üstünlüyü ondan ibarətdir ki, onlar kredit kartlarıdır və 100 faiz kredit limitindən istifadə etmək olar. Bir ay müddətində isə kredit ödənilməlidir.

"Azerikard"da hesab edirlər ki, American Express-in şərtləri sərtdir və hər bir məhsul üçün çərçivə müəyyən olunub.

Xəbər lenti

Xəbər lenti