...

"UniLeasing" səhmlərini emissiya etdirir

Biznes və iqtisadiyyat xəbərləri Materials 27 Aprel 2007 15:37 (UTC +04:00)

Azərbaycan, Bakı / Trend /Qiymətli Kağızlar üzrə Dövlət Komitəsi "UniLeasing" QSC-nin faizli sənədsiz adlı təmin edlməmiş istiqrazlarının emissiya prospektini qeydə alıb. Bu barədə Bakı Fond Birjasının məlumatında göstərilib.

Emissiyanın həcmi 700 min AZN, bir istiqrazın nominal dəyəri 100 AZN, istiqraz üzrə gəlir 14 %, tədavül müddəti isə 360 gün təşkil edir.

Emissiya prospektinə əsasən, yerləşdirmə kütləvi təklif üsulu ilə Bakı Fond Birjası vasitəsilə keçiriləcək. İstiqrazların yerləşdirilməsində anderrayter vəzifəsində "UniBank" KB çıxış edəcək.

Xəbər lenti

Xəbər lenti