...

Azərbaycan Standartlaşdırma Agentliyi və USAID ÜTT çərçivəsində treninqlər keçirəcək

Biznes və iqtisadiyyat xəbərləri Materials 4 May 2007 18:29 (UTC +04:00)

Azərbaycan,Bakı// Trend /Azərbaycanın Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Agentliyi USAID-lə birgə Ümumdünya Ticarət Təşkilatına daxil olma üzrə hazırlıq işləri çərçivəsində təlim kursları keçirəcək. Bu barədə agentliyin məlumatında bildirilib. Kurslar 7-11 may tarixbydə Bakıda və 14-18 may tarixbydə Gəncədə keçiriləcək.

Kursların əsas məqsədi beynəlxalq epizootik büronun fəaliyyəti haqqında informasiya, bitkilərin mühafizəsi sahəsində beynəlxalq standartlar, ərzaq təhlükəsizliyinin təkmilləşdirilməsi, sanitariya və fitosanitariya üzrə tədbirlər və digər məsələlərlə tanışlıqdır.

Tədbirlərdə iqtisadi inkişaf, kənd təsərrüfatı, səhiyyə nazirlikləri, dövlət gömrük komitəsinin və digər dövlət müəssisələrinin mərkəzi aparatlarının nümayəndələri iştirak edəcək.

Xəbər lenti

Xəbər lenti