...

Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Biznes və iqtisadiyyat xəbərləri Materials 7 May 2007 13:31 (UTC +04:00)
Həftə ərzində Azərbaycanın valyuta bazarının xülasəsi

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova /Keçən həftənin yekunlarına əsasən, Azərbaycan Milli Bankı tərəfindən müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə rəsmi məzənnəsi 0,0007 bənd möhkəmlənib (0,07 faiz). Orta məzənnə 1 ABŞ dollarına 0,86438 manat səviyyəsində müəyyən olunub.

Manata münasibətdə dolların maksimum məzənnəsi aprelin 30-da (1 ABŞ dolları üçün 0,8647 manat), minimum isə mayın 4-də (1 ABŞ dollarına 0,8640 manat) müəyyən olunub.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
23aprel 0,8652 30aprel 0,8647
24aprel 0,8652 1 may 0,8645
25aprel 0,8652 2 may 0,8645
26aprel 0,8651 3 may 0,8642
27aprel 0,8650 4 may 0,8640
Həftə ərzində orta 0,86514 Həftə ərzində orta 0,86438

Ötən həftənin yekununa əsasən, müəyyən olunmuş manatın ABŞ dollarına münasibətdə Bakı Banklararası valyuta birjasının alış-verişi nəticəsində birja məzənnəsi 0,0008 bənd (0,08 faiz) aşağı düşüb. Orta məzənnə 1 ABŞ dollarına 0,86394 manat səviyyədə müəyyən olunub.

Dolların manata münasibətdə maksimum məzənnəsi aprelin 1-2 mayda (1 ABŞ dollarına 0,8645 manat), minimum isə 4 mayda (1 ABŞ dollarına 0,8632 manat) müəyyən olunub.

Ötən həftə BEST-də həmin gün valytulaşdırma ilə sövdələşmələr həyata keçirilib (T+0): 30 apreldə - 0,8640 AZN/USD məzənnəsi ilə $1,2 mln., 1 mayda - 0,8645 AZN/USD məzənnəsi ilə $0,02 mln., 2 mayda - sövdələşmə olub, məzənnə 0,8645 AZN/USD müəyyən olunub, 3 mayda - 0,8635 AZN/USD məzənnəsi ilə $0,05 mln., 4 mayda - 0,8632 AZN/USD məzənnəsi ilə $2,725 mln.

ABŞ dollarına münasibətdə manatın rəsmi məzənnəsi
23aprel 0,8652 30aprel 0,8647
24aprel 0,8652 1 may 0,8645
25aprel 0,8652 2 may 0,8645
26aprel 0,8651 3 may 0,8642
27aprel 0,8650 4 may 0,8640
Həftə ərzində orta 0,86514 Həftə ərzində orta 0,86438
ABŞ dollarına münasibətdə manatın birja məzənnəsi
23aprel 0,8652 30 aprel 0,8640
24aprel 0,8652 1 may 0,8645
25aprel 0,8652 2 may 0,8645
26aprel 0,8649 3 may 0,8635
27aprel 0,8643 4 may 0,8632
Həftə ərzində orta 0,86496 Həftə ərzində orta 0,86394

USD/AZN T+1, T+2 və SWAP_USD/AZN alətləri üzrə tələbat olmadığından dilerlər tərəfindən sövdələşmələr həyata keçirilməyib. RUB/AZN və EUR/AZN və BEST bankları tərəfindən sifarişlər təqdim olunmayıb.

Göstərilən dövr ərzində özəlləşdirmə çeklərinə olan qiymət mütəmadi olraq artıb və bir özəlləşdirmə çekinin qiyməti mayın 4-dən etibarən həftənin əvvəlində 12 manata qarşı 13 manat səviyyəsinə çatıb.

Xəbər lenti

Xəbər lenti