...

Azərbaycan digər ölkələrlə də elektron ticarət mərkəzinin yaradılması praktikasının genişləndirilməsində maraqlıdır

Biznes və iqtisadiyyat xəbərləri Materials 14 May 2007 18:40 (UTC +04:00)

Azərbaycan,Bakı/müxbir Trend İ.Xəlilova/Azərbaycan və Cənubi Koreya arasında hazırki əməkdaşlıq iki ölkənin iqtisadi inkişaf potensialını əks etdirmir. Bu barədə bazar ertəsi Azərbaycanda Koreya elektron ticarət mərkəzinin açılışında Azərbaycan Respublikasının İqtisadi İnkişaf Nazirliyinin aparat rəhbəri Samir Vəliyev bildirib. Keçən ilin yekununa əsasən, Azərbaycanın Koreyaya ixracı 67-68 mln. dollar təşkil edib. Koreya məhsullarının idxalı isə 46 mln. dollar təşkil edib.

"Biz çox istərdik ki, ölkənin qeyri-neft sahəsinin inkişafı şərtilə Azərbaycan məhsullarının ixrac olunduğu ölkələrin coğrafiyası genişlənsin. Bununla əlaqədar mərkəzin açılışı Koreya ilə məqsədlərə çatmaq üçün müasir vasitələrdən biridir. Mərkəz vasitəsilə çox sadə yolla Koreya şirkətləri ilə əlaqələr qurmaq mümkün olacaq", deyə S.Vəliyev bildirib.

Onun fikrincə, bu birinci addımdır və ümid etmək olar ki, gələcəkdə bu praktika digər ölkələrə münasibətdə genişləndiriləcək.

"Bu vaxta qədər iki ölkənin kiçik və orta müəssisələri bir-biri haqqında məlumatlı deyildi, lakin elektron ticarət mərkəzinin yaradılmasından sonra onlar arasında əlaqələri genişləndirmək mümkün olacaq", Koreyanın Azərbaycandakı səfiri Lvi Kvanq Cul bildirib.

Xəbər lenti

Xəbər lenti