...

"Azər-Asiya" sığorta şirkətinin təsisçiləri toplantıya hazırlaşır

Biznes və iqtisadiyyat xəbərləri Materials 19 May 2007 11:42 (UTC +04:00)

Azərbaycan, Bakı /müx. Trend Ü.İsmayılova/ Mayın 28-də "Azər-Asiya" birgə sığorta şirkətinin təsisçilərinin toplantısı keçiriləcək. Bu barədə şirkətin İdarə Heyətinin sədri Qəmbər Suvanverdiyev məlumat verib.

Suvanverdiyevin sözlərinə görə, toplantı zamanı şirkətin hüquqi statusunun dəyişdirilməsi ilə bağlı müzakirələrin aparılacağı planlaşdırılır. Konkret olaraq şirkətin açıq səhmdar cəmiyyətinə çevriləcəyi gözlənilir.

Həmçinin "Azər-Asiya"nın iranlı təsisçilərinin Bakıya səfəri nəzərdə tutulur. Səfər zamanı müvafiq sənəd imzalanacaq və şirkət mülkiyyət formasını dəyişəcək.

"Azər-Asiya"da onu da bildiribəlr ki, mülkiyyət formasının dəyişdirilməsi şirkətin fəaliyyətinə heç cür təsir göstərməyəcək.

Qeyd edək ki, "Azər-Asiya" şirkətinin təsisçiləri İranın "Asiya Sıgorta" (49 faiz) və 1997-ci ildən fəaliyyət göstərən dövlət sığorta kommersiya şirkəti "AzərSıgorta"dır (51 faiz).

"Azər-Asiya"nın İdarə Heyəti sədrinin bildirdiyinə görə, mayın 1-nə şirkətin birgə kapitalı 2 mln. manat, nizamnamə kapitalı isə 714 min manat təşkil edir. "Azər-Asiya" 30 növdə sığorta xidməti göstərir, onlardan dördü məcburi xarakter daşıyır.

Xəbər lenti

Xəbər lenti