...

Azərbaycanın Ekologiya Nazirliyi Kür çayında suyun səviyyəsinin artımını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 21 May 2007 16:49 (UTC +04:00)

Azərbaycan,Bakı/ Trend /Kürün aşağı axarında (Sabirabad, Saatlı, Əli-Bayramlı, Salyan, Neftçala) su anbarlarından (Mingəçevir, Araz) su ötürücülük həcminin artması səbəbinə görə mayın üçüncü dekadasında tranzit çaylarda su həcminin gözlənilməz artımı ilə əlaqədar suyun səviyyəsinin artması gözlənilir.

Bəzi yerlərdə bu, daşqınlara gətirib çıxara bilər. Bu barədə Azərbaycanın Ekologiya və Təbii Sərvətlər Nazirliyinin məlumatında bildirilib.

Mayın 11-dən 21-dək Kür-Surrada suyun səviyyəsi 243 sm, Kür-Əli Bayramlıda 223 sm, Kür-Salyanda 237 sm, Kür-Bankədə 1- 8 sm, Araz-Novruzluda 220 sm qalxıb.

Xəbər lenti

Xəbər lenti