...

AYİB 2007-ci ildə Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2007 15:53 (UTC +04:00)
AYİB 2007-ci ildə Azərbaycanda ÜDM-in artımını proqnozlaşdırır

Azərbaycan, Bakı/ Trend müxbir İ.Xəlilova / 2006-cı ildə Azərbaycanın iqtisadi artımı rekord hədd - 34,5 faiz təşkil edib. Bu barədə AYİB-in keçid iqtisadiyyatına malik olan ölkələr haqqında yenilənmiş hesabatında göstərilib.

Sənaye istehsalının artımı nəticəsində ölkədə ÜDM-in artımı 36,6 faiz təşkil edib. Artımın əsas mənbələi neft hasilatının artması, dünya bazarında neftin satış qiymətlərinin yüksək olması, həmçinin Bakı-Tiflis-Ceyhan neft kəmərinin istismara verilməsi ilə əlaqədar olaraq yeni ixrac imkanlarının yaranması olub.

Azərbaycanın neft sektoru sənayenin 3/4 hissəsindən çoxunu təşkil edir.

Sənəddə qeyd olunub ki, qeyri-neft sektorunda 2006-cı ildəki artım proqnozlaşdırıldığı kimi 7,5 faiz təşkil edib. Bu da dolayısı ilə neft sektorunun, maşınqayırma, kimya, tikinti və telekommunikasiya sahələrinin inkişafı ilə bağlıdır.

Ancaq kənd təsərrüfatı sahəsində artım cəmisi bir faiz təşkil edib.

2006-cı ildə ictimai xərclərin, xüsusilə infrastruktur və nəqliyat sahəsində tikinti xərclərinin 80 faiz artmasına baxmayaraq, neftdən gələn gəlir sayəsində büdcə daxilolmaları demək olar iki dəfə artıb.

Azərbaycanın ixracı 2006-cı ildə təqribən 70 faiz təşkil edib. İxracın demək olar 93 faizini, ötən il isə 75 faizini neft təşkil edir. Əsas kapital investisiyaları başa çatdıqdan sonra neft-qaz layihələrinin həyata keçirilməsi ilə bağlı olan idxal cəmisi 24 faiz artıb.

2006-cı ildə ÜDM ilə nisbətdə müsbət ticarət saldosu 39 faiz, 2005-ci ildə isə 26 faiz təşkil edib.

Hesabatda qeyd olunub ki, Azərbaycan hökuməti öz xarici borcunu azaltmaqda davam edir. Belə ki, 2006-cı ilin sonunda bu, ÜDM ilə nisbətdə 2005-ci ildəki 13 faizə qarşılıq 9,9 faiz təşkil edib. AYİB 2007-ci ildə ÜDM-in artımını 2006-cı ildəki 34,5 faizə nisbətdə 25,4 faiz proqnozlaşdırır. 2007-ci ildə dövlətin əsas balansı 2006-cı ildəki 0,5 faiz artıma qarşılıq 1,7 faiz azalacaq.

Xəbər lenti

Xəbər lenti