...

"Azərsun" rəhbəri: "Duz istehsalı ilə bağlı yeni zavodun inşası Azərbaycanın daxili bazarına yönəlib"

Biznes və iqtisadiyyat xəbərləri Materials 23 May 2007 16:11 (UTC +04:00)
"Azərsun" rəhbəri: "Duz istehsalı ilə bağlı yeni zavodun inşası Azərbaycanın daxili bazarına yönəlib"

Azərbaycan, Bakı /müx. Trend S.Babayeva/ Azərbaycanda beynəlxalq standartlara cavab verəcək yodlaşdırılmış və saflaşdırılmış xörək duzunu istehsal edən zavod inşa ediləcək. Bu barədə çərşənbə günü "Azərsun Holding"in prezidenti Abdolbari Qözəl məlumat verib.

Onun sözlərinə görə, zavod ildə 30 min ton duz istehsal etmək imkanına malik olacaq.

"Düşünürük ki, bu həcm Azərbaycan üçün yetərlidir" - deyə "Azərsun Holding"in rəhbəri vurğulayıb.

Gözəl istehsal ediləcək məhsulun qonşu dövlətlərə ixracını da istisna etməyib. Belə ki, duz Gürcüstan və Dağıstan respublikasına satıla bilər. Lakin eyni zamanda Gözəl qeyd edib ki, şirkətin məqsədi məhsulu ixrac etmək yox, Azərbaycanın tələbatını ödəməkdir.

"Azərbaycan investisiya şirkəti" Səhmdar Cəmiyyətinin də iştirak etdiyi layihəyə, əsasən zavodun inşası üçün 5-6 mln. avroluq investisiya tələb olunur.

Xəbər lenti

Xəbər lenti