...

Belarus Azərbaycana MAZ avtomobillərinin satışını artırıb

Biznes və iqtisadiyyat xəbərləri Materials 25 May 2007 16:55 (UTC +04:00)

Azərbaycan, Bakı/ Trend / Yanvar - aprel aylarında Belarusun "MAZ" zavodu Azərbaycana 70-dən çox MAZ markalı avtomobil satıb. 2006-ci ildə müvafiq rəqəm 63 idi. Bu barədə zavodun yaydığı məlumatında bildirilir.

Qeyd edək ki, aprelin 30-da Gəncə avtomobil zavodunda Minsk avtomobil zavodunun maşınlarının yığılması üzrə müəssisəsinin rəsmi açılışı keçirilib. Gəncədə yığılan ilk avtomobillər MAZ-555102 və MAZ-551605 markalı yükboşaldanlar, həbelə MAZ-631705 markalı yükdaşıyanlar olub.

MAZ brendi ilə yanaşı avtomobillərə Azərbaycan adları da veriləcək. Məsələn, MAZ-631705 "Pəhləvan", MAZ-555102 və MAZ-551605 markalı maşınlar ilə "Gəncə" adını daşıyacaqlar.

Xəbər lenti

Xəbər lenti